• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin SSRİ planı: Bakı mane olur – Lions

Putinin SSRİ planı: Bakı mane olur – Lions
13.03.2018 15:45
Azərbaycanın müstəqilliyi və suverenliyi Rusiya-İran münasibətlərinin genişləndiyi zamanda ABŞ üçün əvəzsizdir.

Report xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun ABŞ-ın "Vaşinqton Tayms" nəşrində dərc edilən "Azərbaycan - əsas müttəfiq" adlı məqaləsində deyilir.

"Çox az sayda postsovet ölkəsi ABŞ üçün Cənubi Qafqazda uzunmüddətli strateji maraqlar baxımından Azərbaycan qədər əhəmiyyət kəsb edir. Azərbaycan əsas güclərə münasibətdə xarici siyasətində mükəmməl balans saxlamaqla nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa can atır. Bundan başqa, müstəqil Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovetlər İttifaqının nəzarəti altında olan əraziləri yenidən Moskvanın nəzarəti altına salmaq məqsədinə maneədir", - müəllif qeyd edib.

C.Lions vurğulayıb ki, Qərbin güclü dəstəyi və bilavasitə iştirakı ilə Azərbaycanın strateji Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin tikintisində Gürcüstan və Türkiyə ilə əməkdaşlığı rəsmi Moskvanın Avropanı enerji təchizatı ilə şantaj etməsinin qarşısının alınmasında həlledici əhəmiyyətə malikdir: "Qafqaz, o cümlədən Azərbaycan neft və qaz kimi resursların tranzit dəhlizi, eləcə də bütün regionlar arasında əhəmiyyətli nəqliyyat marşrutların kəsişməsi kimi böyük geostrateji əhəmiyyətə malikdir".

Müəllif qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər inkişaf edir, amma bu tərəfdaşlığı pozmaq cəhdləri var".

O həmçinin Ermənistanın böyük və nüfuzlu lobbisini regionda faktor kimi göstərir:

"Ermənistanın de-fakto Rusiyanın nəzarətindən çıxmağa imkanı yoxdur".

Admiral eyni zamanda ermənilərin SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağla bağlı ərazi iddiası irəli sürdüklərini, bu ərazidə, o cümlədən Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə apardığını xatırladır:

"Bu, soyqırım aktı idi. Ancaq ABŞ və Avropada ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərən erməni lobbisinin fəaliyyəti səbəbindən Sumqayıt və Xocalı hadisələrinin tarixini dəqiq aşkar etmək çətindir. ABŞ ilə münasibətlərin (Azərbaycanın - red.) daha da pisləşməsinin qarşısını almaq üçün bu kampaniya ifşa olunmalıdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol