• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə 2 gündən sonra savaşa girir

Türkiyə 2 gündən sonra savaşa girir
22.06.2018 10:00
Türkiyədə keçiriləcək 24 iyun seçkiləri dünyada yeni bir siyasi təsirə sahib olacaq.

Axar.az xəbər verir ki, bu fikirlər hüquqşünas, professor Fərhad Mehdiyev Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı En.axar.az-da dərc olunan məqaləsində bildirib. Politoloq 24 iyunun Türkiyə üçün nəinki tarixi, həm də bir savaş günü olduğunu qeyd edib:

"Həmin tarixdə Rəcəb Tayyib Ərdoğanın siyasəti təsdiq olunacaq. Hər halda bu cür seçkiqabağı mənzərə hər ölkədə müşayiət olunmur. Türkiyədə seçicilərin 40 faizə yaxını Ərdoğanı dəstəkləyir, 50 faiz isə hazırkı Türkiyə müxalifəti arasında bölünüb. Əkmələddin İhsanoğlunun uğursuzluğundan dərs alan müxalifət bu seçkiyə müxtəlif namizədlərlə girir. CHP sağ cinahda olan qərarsız seçicilərin səsini toplamaq üçün öz namizədi kimi ələvi Kamal Kılıçdaroğlunu deyil, sünni və kifayət qədər populyar Məhərrəm İncəni irəli sürüb. İYİ Partiyasından Maral Akşənər isə milliyətçi sağ cinahda olan protest və qərarsız elektoratı öz ətrafında toplaya bilib. Səadət Partiyasının başqanı Təməl Qaramollaoğlu qatı dindarların bir hissəsinin səsini Ərdoğandan qopara biləcək. Lakin kürdlərin səsi olmadan heç kəs qələbə çala bilməyəcək. Bunu anlayan CHP və İYİ kürdləri təmsil edən HDP-yə seçki barajını aşmaq üçün logistik dəstək verir. Akşənər də kürdlərin səsini toplamaq istəyir, ona görə də ultra-millətçiləri yanına almayıb”.

Politoloq Türkiyədə seçkiqabağı ən gözəl performans və çevikliyi CHP-nin göstərdiyini düşünür:

"Bu səbəblə də Ərdoğan ilk turda qələbə çala bilməyəcək. Ərdoğanın əsas ümidi HDP-nin barajı keçməməsinədir. Çünki bu halda HDP-nin əksər səsi AKP-yə gələcək. Ərdoğana bu seçkidə sadəcə prezident vəzifəsini tutmaq yetməyəcək, ona parlamentdə də çoxluq lazımdır. Belə ki, hökumətlərin əsas idarəçilik rıçaqları qanunlardır. Parlament Ərdoğanın çıxardığı qanunları dəyişdirsə, o, gücünü itirəcək. Əgər Ərdoğan prezidentliyə sahiblənib, parlamentdə səs çoxluğunu itirsə, çox keçmədən ölkədə yeni seçkilər elan etmək məcburiyyətində qalacaq. Prezident seçkiləri ikinci tura qalarsa, xeyli qərarsız elektorat Ərdoğanın əleyhinə səs verə bilər və nəticədə onun imici zədələnmək təhlükəsiz ilə üz-üzə qalar”.

F.Mehdiyev Ərdoğanın prezident seçilib-seçilməməsindən asılı olmayaraq, Türkiyədə iqtisadi vəziyyətin ürəkaçan olmadığını qeyd edib:

"Bunun başlıca səbəbi Türkiyədən investor axınıdır. İnvestorlar isə Türkiyənin xarici siyasətdə yanlış ritorikası, həmçinin Rusiya ilə münasibətlərə görə ehtiyat edirlər. Əlbəttə ki, Qərbin Türkiyə ilə apardığı siyasət ideal olmaqdan xeyli uzaqdır, amma Rusiya ilə Türkiyənin maraqları da həm geosiyasi, həm də iqtisadi baxımından toqquşur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol