• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan sistemin ilk prezidenti oldu: nə dəyişəcək?

Ərdoğan sistemin ilk prezidenti oldu: nə dəyişəcək?
27.06.2018 19:46
Bu seçkilərlə Türkiyə yeni bir sistemə keçib. Bu dəyişiklik çox müsbət qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Türkiyədə artıq prezident üsul-idarəsi tətbiq edilir:

"Bu da o deməkdir ki, idarəçilik sistemi prezidentin təqdimatı əsasında parlamentin təsdiq etməsi ilə formalaşacaq. Yəni parlament təsdiq etsə də, qərarnamələr prezident tərəfindən təqdim olunacaq. Ötən il Konstitusiyaya edilən dəyişikliklərə görə də artıq prezidentə daha artıq səlahiyyətlər veriləcək. Bununla da baş nazirin səlahiyyətlərinin də bir qismi prezidentə keçəcək. Bu da təbii ki, prezidentin daha çox manevr imkanları əldə etməsinə səbəb olur və idarəetmədə daha çevik və mobil bir sistemin tətbiq edilməsinə şərait yaradır. Türkiyənin iqtidarının bundan nə qədər bəhrələnəcəyini isə zaman göstərəcək. Qısacası, bu dəyişiklikləri müsbət qiymətləndirmək olar”.

Analitik vurğulayıb ki, ümumiyyətlə, indiyə qədər parlament üsul-idarəsində Türkiyə siyasi sistemi hər zaman koalision hökumət böhranları yaşayırdı:

"Bu koalisiya böhranları da dəfələrlə iqtisadi, siyasi böhranların yaşanmasına səbəb olurdu. Amma prezident üsul-idarəsi müəyyən mənada bu böhranları da aradan qaldıracaq. Əslində artıq yeni sistemə görə Türkiyə prezidenti hansısa bir partiyanın sədri və ya hansısa partiyanın təəssübkeşi də deyil. O, bütöv siyasi sistemi özündə ehtiva edən şəxs kimi fəaliyyət göstərəcək”.

Qeyd edək ki, 2017-ci ildə baş tutan referenduma əsasən, Türkiyədə artıq yeni prezident üsul-idarəsi bərqərar olacaq. Prezident Ərdoğan 2018-ci il 24 iyun seçkiləri ilə Türkiyədə yeni sistemin ilk prezidenti oldu.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol