ABŞ Türkiyəni seçim qarşısında qoydu

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Vess Mitçell xəbərdarlıq edib ki, Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alsa, Türkiyəyə F-35 döyüş təyyarələrinin verilməsi ilə bağlı saziş təhlükə altında qalacaq.
Oxu.Az xəbər verir ki, o, bunun Donald Tramp tərəfindən 2017-cü il avqustun 2-də imzalanmış düşmənə sanksiyaların köməyilə müqavimət göstərmək haqqında qanunun pozulması kimi qeydə alınacağını bildirib.
"Türkiyənin Rusiya istehsalı S-400 komplekslərini alması Ankara ilə bağlanmış və F-35 qırıcılarının satışını nəzərdə tutan razılaşmanı təhlükə altına qoyacaq”, - ABŞ senatında çıxış edən Mitçell deyib.
O, Türkiyə həbsxanalarında saxlanılan ABŞ vətəndaşları haqqında da fikirlərini bölüşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
İqtisadiyyat 11:49
İqtisadiyyat 11:42
İqtisadiyyat 11:39
İqtisadiyyat 11:29
İqtisadiyyat 11:01























