Qəndilin sirri açıldı: Düşərgələr və terrorçu sayı…

Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Qəndil dağında PKK terror qruplaşmasının mövcud strukturu barədə ətraflı məlumat yayılıb.
Axar.az xəbər verir ki, Türkiyə mətbuatı PKK-nın düşərgələri və düşərgələrin təyinatı barədə yazıb.
PKK-nın Şərq cəbhəsi qruplaşması
Şəhid Harun düşərgəsi: Qadınlardan ibarət qruplaşma və cəbbəxana yerləşir.
Berda Kaşu düşərgəsi: Rabitə məntəqəsinin yerləşdiyi təpəlik.
Şəhid Ayxan düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.
Dolekoge düşərgəsi: Təxminən 400 terrorçu məskunlaşıb.
Asus düşərgəsi: İrana giriş-çıxış buradan edilir. Qaçaqmalçılıqla məşğul olanlardan vergi toplanılan gömrük məntəqəsi yaradılıb.
Kalatukan düşərgəsi: Qəndilin əsas cavabdehlərindən sayılan "Əhməd Malazgird” kod adlı terrorçunun rəhbərliyində 20-yə qədər terrorçu məskunlaşıb.
Qəndil dağının Qərb cəhbəsi qruplaşması
Kurtak düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.
Bole düşərgəsi: PKK-nın qadın qanadı və cəbbəxanası yerləşir.
Levce düşərgəsi: Yaralıların müalicə edildiyi tibb məntəqəsi yerləşir.
Şəhid Rüstəm düşərgəsi: Terrorçulara təlim keçirilir, mədəniyyət sahəsində təbliğat aparılır.
Zergele düşərgəsi: Təlim keçirilir. Düşərgənin cavabdehi PKK şurasının üzvü "Avareş” kod adlı Mustafa Qarasudur.
Surede düşərgəsi: PKK-nın liderləri bu düşərgədə yaşayır.
Belekati düşərgəsi: Cəmil Bayık burada qalır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
İqtisadiyyat 11:49
İqtisadiyyat 11:42
İqtisadiyyat 11:39
İqtisadiyyat 11:29
İqtisadiyyat 11:01























