• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır
24.10.2014 18:50

Kanada polisi oktyabrın 22-də paytaxt Ottavada Birinci dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin qarşısında fəxri qarovul əsgərini öldürən, daha sonra parlamentə hücum edən şəxsin kimliyini açıqlayıb.

Bu, İslam dinini qəbul etmiş Mişel Zehaf Bibodur. Onun adı Mişel Cozef Holl olub, İslamı qəbul edəndən sonra adını dəyişib.

Polis bildirir ki, parlamentdə atışma zamanı xəsarət alan üç yaralı artıq evə buraxılıb. Onların polis, yaxud mülki şəxslər olduğu açıqlanmır. Zehaf Bibo əvvəlcə fəxri qarovulun əsgərini öldürüb, daha sonra parlamentin binasında polis tərəfindən güllələnib.

Şahidlərin bildirdiyinə görə, Zehaf Bibo İŞİD döyüşçülərinə xas olan qara geyimdə olub, sifətini qara yaylıqla örtüb. O, ov silahından iki dəfə fəxri qarovulun əsgərinə atəş açıb, əsgər yerə yıxılanda o, təntənəli şəkildə silahı başının üstünə qaldıraraq yelləyib. Bundan sonra silahlı şəxs Kanada parlamentinin binasına doğru istiqamət alıb.

Məlum olub ki, həmin şəxsi əvvəllər dəfələrlə polis saxlayıb. O, narkotik saxlamağa görə tutulub, iki dəfə isə şərti azadlıqda olma şərtlərini pozduğu üçün saxlanılıb. Hazırda Kanada xüsusi xidmət orqanları Zehaf Bibonun hansı radikal qruplaşmaya bağlı olduğunu araşdırır.

Hücum zamanı Kanada baş naziri Stiven Harper parlamentdə olub və o, arxa qapıdan evakuasiya edilib. Bu hadisədən bir gün əvvəl Ottavada İslamı qəbul etmiş şəxs avtomobillə iki əsgəri vuraraq öldürmüşdü. Hazırda iki hadisə arasında bağlılığın olub-olmadığı araşdırılır.

Baş nazir Stiven Harper xalqa müraciətlə çıxış edərək deyib ki, bu terror hücumu ölkənin gücünü ikiqat artıracaq.

“Bu hadisələr göstərdi ki, Kanada terrorçu hücumlardan sığortalanmayıb. Ancaq Kanadanı bununla qorxutmaq mümkün deyil. Biz təhlükəsizliyin təmin olunması üçün bütün addımları atacağıq” - baş nazir bildirib.

ABŞ prezidenti Barak Obama S.Harperlə əlaqə saxlayaraq hücumun araşdırılmasında kömək təklif edib. B.Obama bildirib ki, ABŞ xüsusi xidmət orqanlarında bu hadisənin motivi barədə hələlik informasiya yoxdur.

Bununla belə hücumun daha geniş terror planlarının bir hissəsi olduğu istisna deyil. ABŞ və digər Qərb ölkələri Kanadada baş verənlərdən sonra iri şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. İŞİD-ə qarşı koalisiyada yer alan ölkələr mühüm obyektlərin mühafizəsi üçün əlavə tədbirlər görüblər.

Hələlik Kanada hücumlarının arxasında hansı qruplaşmanın dayandığı məlum olmasa da əsas ehtimal “İslam Dövləti”nin (İŞİD) qisas əməliyyatlarına başlaması barədədir. Belə ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya İraq və Suriyada İŞİD-ə qarşı hava zərbələrinə başlayanda qruplaşmanın liderləri xəbərdarlıqla çıxış edərək qisas hücumlarına başlayacaqlarını bildirmişdilər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol