• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada İŞİD-in hədəflərinə havadan zərbələr endirilib

Suriyada İŞİD-in hədəflərinə havadan zərbələr endirilib
27.09.2014 11:56

Amerikanın qırıcı təyyarələri Suriyada İŞİD-in hədəflərinə havadan zərbələri davam etdirir.

ABŞ-ın Mərkəzi Komandanlığının bildirdiyinə görə, Deir Əl-Zur vilayətində yaraqlıların 4 tankı məhv edilib, 1-i zədələnib. Hücumlar zamanı neft obyektləri də hədəf alınıb.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu islamçıların komandanlığının da dağıdıldığını bildirib.  

İraqda isə 7 hava hücumu zamanı zirehli maşınlar vurulub. Mərkəzi Komandanlığın bildirdiyinə görə, Kərkük yaxınlığında da bir neçə maşın və postlar dağıdılıb.

Sosial mediada yayılan videoda kürd döyüşçülərin Kobani şəhəri yaxınlığında İŞİD-in hədəflərinə hücum etdiyi göstərilir. Bu şəhər günlərdir tərəflərin döyüş meydanına çevrilib.

CNN Türkiyə sərhədlərində İslam Dövləti yaraqlılarının sərbəst hərəkət etdiyini nümayiş etdirib.  

ABŞ-ın müdafiə naziri Çak Heygel hava hücumlarının yaraqlıların sərbəstliyini məhdudlaşdırdığını deyib. O bildirib ki, bu həftə İraqda 200-dən artıq, Suriyada isə 43 hücum həyata keçirilib. Heygel Britaniyanın baş naziri ilə danışdığını və əməliyyatlara qoşulduğuna görə ona təşəkkür etdiyini bildirib.

Britaniyanın baş naziri Devid Kameron deyib ki, İslam Dövlətinə qarşı hərbi kampaniya illərlə davam edə bilər. O, qrupun Britaniya və Britaniya xalqına qarşı hücuma keçmək niyyətində olduğunu bildirib.

Danimarkanın baş naziri Helle Thorninq-Şmidt də ölkəsinin ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri tərkibində İraqda İŞİD-lə mübarizəyə qoşulacağını bəyan edib. O, ölkəsinin hava hücumlarına 7 F-16 qırıcı təyyarəsinin cəlb edəcəyini bildirib ("Amerikanın səsi").

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol