• $
  • €
  • ₽
  • ₺
  • £

Minlərlə yəhudini ölümdən xilas edən azərbaycanlı

Minlərlə yəhudini ölümdən xilas edən azərbaycanlı
03.05.2019 12:39
"Israel heute” (İsrail bu gün) internet nəşrində "Yəhudiləri Holokostdan xilas edən müsəlman” adlı məqalə dərc olunub.

Anews.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə İranın Parisdəki səfirliyində çalışmış Abdul-Huseyn Sərdari Qacarın minlərlə İran yəhudisini ölüm düşərgələrindən xilas etməsindən bəhs olunur. Bildirilir ki, Sərdari Qacar İranda təxminən 200 il hakimiyyətdə olmuş Qacarlar sülaləsinə mənsub idi və İkinci Dünya müharibəsində Parisdə İran səfirliyində konsul vəzifəsində çalışırdı. 1940-cı ildə almanlar Parisə daxil olanda Fransadakı iranlı yəhudilərin taleyi 26 yaşlı azərbaycanlı diplomata həvalə edilir. Nasistlər və onların fransız əlaltıları bu ölkədəki minlərlə yəhudini Polşadakı ölüm düşərgələrinə göndərdikləri zaman Sərdari Qacar başqa addım atır. Həmin dövrdə nasistlər bütün fransız yəhudilərdən polisdə qeydiyyatdan keçməyi və sarı David ulduzu daşımağı tələb edirdilər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək, iranlı yəhudilərin tamamilə İran mədəniyyəti ilə qaynayıb-qarışdıqlarını əsas gətirərək, onları təqibdən xilas edir. Fransada 75 mindən çox yəhudi nasist düşərgələrinə göndərildiyi halda, S.Qacarın sayəsində İran mənşəli yəhudilər siyahıya alınmır, onun İran hökumətinin razılığı olmadan böyük cəsarət göstərərək minlərlə yəhudiyə verdiyi İran pasportu ilə çox sayda insan Fransanı tərk edə bilir.

Məqalədə qeyd edilir ki, Sərdari Qacarın yəhudilər üçün etdikləri yəhudi və Azərbaycan xalqlarının minillərdən bəri dinc birgəyaşayışının ifadəsi idi. Bu addımı ilə o, bəşəri dəyərlər və xalqların ortaq xüsusiyyətlərinin əhəmiyyətinin din və etnik mənsubiyyəti kölgədə buraxdığı dövrləri xatırladır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol