• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın yeni milyardlıq borcu

Ermənistanın yeni milyardlıq borcu
10.05.2021 10:30
Ermənistanın başının üstünü 1,5 milyarddan çox iddia ilə bağlı təhlükə alıb. Bu barədə "GPartners" hüquq şirkətinin nümayəndəsi Sarkis Qriqoryan öz məqaləsində yazıb.

"Bu gün Ermənistana qarşı müxtəlif xarici investorlardan - ABŞ, Böyük Britaniya, Livan, BƏƏ və digər investorlardan 1,5 milyard dollardan artıq məbləğdə tələblər irəli sürülüb. Bu iri investorlar iqtisadiyyatın müxtəlif qollarına - tikinti, infrastrukturun inkişafı, faydalı qazıntıların çıxarılması, tullantıların yığılması və sair sahələrə cəlb ediliblər. Aşağıdakı xarici investorlar və onlarla əlaqəli investorlar artıq zərərin ödənilməsilə bağlı Ermənistana qarşı tələblərini irəli sürüblər: 

Arin Capital & Investment Corp.,
Rasia FZE,
SanitekS.a.r.l.,
Lydian International Limited,
Corsan-CorviamConstruccion S.A. (Şimal-Cənub proeramı).

İlk iki investisiya iddiasına investisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz (ICSID, Vaşinqton) tərəfindən baxılır və arbitraj tribunalları yəqin ki, bu ilin sonuna qədər müvafiq qərarlar qəbul edəcəklər. Əgər hökumət uduzsa, Ermənistan dərhal arbitrajın hökmünü icra etməyə borcludur ki, bu da onun xarici borcunu daha 170 milyon dollar artıracaq", - ekspert yazır.

Ermənistan hökumətinin əlverişli investisiya mühiti yaratmaq və ya ölkənin müharibədən sonrakı iqtisadiyyatının inkişafı üçün xarici investisiyaları cəlb etməyə şərait yaradacaq investisiya siyasəti aparmaq üçün kifayət qədər imkanı yoxdur. Bundan əlavə, hökumətin fəaliyyəti (və ya fəaliyyətsizliyi) nəticəsində 2018-ci ildən bəzi iri xarici investorlar, ümumiyyətlə, öz proqramlarından imtina ediblər, digərləri isə Ermənistana qarşı beynəlxalq iddialar qaldırıblar. Ermənistanda investisiya sahəsində dövlət siyasəti yoxdur - 2018 - ci ildən hökumət "bağlı qapılar" siyasətini əldə rəhbər tutur ki, bu da dağıdıcı nəticələrə səbəb olur, - ekspert qeyd edir.

Hazırda Ermənistanın dövlət borcu 2020-ci ilin avqustuna olan məlumata görə, 8 milyard dollara yaxınlaşıb ki, bu da respublikanın tarixində ən yüksək göstəricidir.

31 iyul 2020-ci il tarixinə olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 7,94 milyard dollar (2019-cu il ümumi daxili məhsulun 58,1 faizi) təşkil edib. Mütləq ifadədə bu, Ermənistan Respublikasının  tarixi ərzində ən yüksək göstəricidir.

Bu borca 50 milyard dolları da əlavə etmək olar. Belə ki, bundan öncə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ərazilərinin bir hissəsinin işğalı zamanı dəyən zərərə görə kompensasiyanın ödənilməsi məqsədilə Ermənistanı beynəlxalq məhkəməyə vermək planları barədə bildirmişdi. Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan hesab edir ki, ermənilər nəinki ərazilərini itiriblər, həm də Ermənistanın üzərinə 50 milyard dollardan çox borc qoyulacaq. O deyib ki, Azərbaycana Beynəlxalq Arbitraja müraciət edib bu pulların ödənilməsinə nail olmaq qalır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol