İranda daha 59 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 38 160 nəfər koronavirusa (COVID-19) yoluxub, 59 nəfər ölüb, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 563 nəfərə, yoluxanların sayı isə 6 446 404 nəfərə çatıb. Virus daşıyıcılarından 1 819 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 115 134 nəfər koronavirusdan sağalıb, 44,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























