• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçı Eduard Bağırov vəfat edib

Yazıçı Eduard Bağırov vəfat edib
13.04.2023 10:41
Yazıçı, jurnalist Eduard Bağırov 47 yaşında vəfat edib. Bu barədə Rusiya mediasında məlumat yayılıb.

Yaxınlarının  sözlərinə görə, son bir həftədə Bağırov komada olub. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

Bağırov yazıçı, publisist, "Qastarbayter", "Aşiqlər", "İdealist" romanlarının müəllifidir. 
 
1975-ci ildə Türkmənistanda anadan olub, onun atası azərbaycanlı, anası isə rusdur.1994-cü ildə Moskvaya köçüb.

2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində Bağırov Vladimir Putinin etibarlı adamı olub, 2016-cı ildə yazıçı "Rusiya Vətənpərvərləri” partiyasından Dövlət Dumasına namizəd olub.

2015-ci ildə Bağırov kütləvi iğtişaşların təşkilində və mütəşəkkil cinayətkar qruplaşmada iştirakda ittiham olunduğu Moldovada qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Müstəntiqlərin fikrincə, o, 2009-cu il parlament seçkiləri zamanı təxribat xarakterli materialların yazılmasında iştirak edib, bundan sonra KİV-də "Twitter İnqilabı” adını alan Kişinyovda etirazlar başlayıb.

Bağırov Moldovada qiyabi mühakimə olunub, çünki o, qalmaqallı şəraitdə 2011-ci ilin payızında ev dustaqlığında olduğu ölkədən qaça bilib. Onun özü bildirib ki, onu Kişinyovdan Tiraspol vasitəsilə Odessaya avtomobilin yük yerində aparıblar, oradan bloger Rusiya pasportu ilə Moskvaya uçub.
 
Aytac Zeynalova













www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol