• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə BRİKS-ə qoşulmaqda maraqlıdır - Hakan Fidan

Türkiyə BRİKS-ə qoşulmaqda maraqlıdır - Hakan Fidan
19.09.2024 13:55
Türkiyə BRİKS-ə qoşulmaqda maraqlıdır. Bunu ölkənin xarici işlər naziri Hakan Fidan deyib.  

"Mövcud beynəlxalq diversifikasiya kontekstində, əlbəttə ki, biz ticarət-iqtisadi əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçiririk. BRİKS indi bir platformadır, lakin o, tam institusionallaşdırılmayıb. Başqa sözlə, məsələn, Aİ inteqrasiya olunmuş və ümumi valyuta, maliyyələşdirmə üsulları, modellər, investisiya proqramları, meyarlar, infrastruktur və s.. Bu məsələlər BRİKS-də hələ tam həllini tapmayıb, biz BRİKS-ə daxil olanda o zaman hər şeyin necə inkişaf edəcəyini görəcəyik. Biz yalnız BRİKS-ə deyil, həm də çox maraqlı olduğumuz ASEAN-a diqqət yetiririk, Türkiyənin də mərkəzində olduğu digər iqtisadi əməkdaşlıq birlikləri də var , İslam birlikləri, D8 ​​var ki, bu birliklərə onların miqyası və bazar potensialı baxımından baxsaq, o zaman bu platformalarda əməkdaşlıq etməklə daha geniş miqyaslı inteqrasiyaya ehtiyac yarandıqda hərəkətə keçmək daha asan olacaq", - nazir bildirib. 
 
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox