• $
  • €
  • ₽
  • ₺
  • £

WSJ: Tramp Netanyahu ilə telefon danışıqlarından narazıdır

WSJ: Tramp Netanyahu ilə telefon danışıqlarından narazıdır
18.06.2026 14:15

ABŞ Prezidenti Donald Trump ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında son həftələrdə fikir ayrılıqlarının artdığı bildirilir.

The Wall Street Journal qəzetinin ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmiyə istinadən verdiyi məlumata görə, Tramp Netanyahu ilə müntəzəm telefon danışıqlarından narazıdır və xüsusilə İsrail liderinin İrana qarşı yeni hərbi əməliyyatlarla bağlı çağırışlarından yorulub.

Mənbənin sözlərinə görə, Netanyahu telefon danışıqlarında adətən İsrailin hansı hədəfləri vurmalı olduğunu, kəşfiyyat məlumatlarının nəyə əsaslandığını və əməliyyatların necə həyata keçiriləcəyini izah edir, Tramp isə bu məlumatları dinləyir.

Qəzet yazır ki, son həftələrdə iki lider arasında gərginlik xüsusilə İran məsələsində daha qabarıq hiss olunur. Məlumata görə, Tramp regionda hərbi qarşıdurmanın sona çatdırılmasına üstünlük verdiyi halda, Netanyahu Tehrana qarşı daha sərt addımların atılmasının tərəfdarıdır.

Nəşrin məlumatına əsasən, Livandakı vəziyyətlə bağlı son telefon danışıqlarından birində Tramp Netanyahudan niyə “binaları partlatdığını” soruşub və bu cür hərəkətlərin dayandırılmasını tələb edib.

WSJ həmçinin bildirir ki, Netanyahu ilə söhbətlərindən sonra Tramp administrasiya rəsmilərindən İsrail baş nazirinin təqdim etdiyi məlumatların nə dərəcədə dəqiq və etibarlı olduğunu daha tez-tez soruşmağa başlayıb.

ABŞ və İsrail uzun illərdir Yaxın Şərqdə yaxın müttəfiq hesab olunsalar da, regiondakı hərbi əməliyyatların miqyası və İran siyasəti ilə bağlı Vaşinqton və Təl-Əviv arasında zaman-zaman fikir ayrılıqları yaranıb.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol