• $
  • €
  • ₽
  • ₺
  • £

Eurostat: Danimarka Aİ-də ən bahalı ölkə olub

Eurostat: Danimarka Aİ-də ən bahalı ölkə olub
18.06.2026 17:33

2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymət səviyyəsi Avropa İttifaqında (Aİ) ən yüksək olub. Bu barədə Eurostat məlumat yayıb.

Məlumata görə, Danimarkada qiymət səviyyəsi Aİ üzrə orta göstəricinin 140 faizini təşkil edib. Sonrakı yerlərdə 136 faizlə İrlandiya və 132 faizlə Lüksemburq qərarlaşıb.

Ən aşağı qiymət səviyyəsi isə 63 faizlə Bolqarıstanda qeydə alınıb. Onu 65 faizlə Rumıniya və 73 faizlə Polşa izləyib.

Eurostatın hesablamalarına görə, ötən il Aİ-də ən böyük xərc kateqoriyalarından biri olan mənzil xərcləri üzrə ən yüksək göstərici İrlandiyada qeydə alınıb və ittifaq ortalamasının 190 faizinə çatıb. Bu kateqoriyada ən aşağı göstərici isə Bolqarıstanda müşahidə olunub və 41 faiz təşkil edib.

Qida və spirtsiz içkilər kateqoriyasında ən yüksək qiymətlər Lüksemburqda qeydə alınıb. Burada qiymət səviyyəsi Aİ orta göstəricisinin 122 faizi həcmində olub. Ən aşağı göstərici isə 80 faizlə Rumıniyada müşahidə edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol