• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Si Cinpin arasında Bişkekdə görüş başlayıb

Putin və Si Cinpin arasında Bişkekdə görüş başlayıb
31.08.2026 16:50

 

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Bişkekdə ikitərəfli görüş başlayıb.

Görüşdə Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, Baş nazirin müavini Aleksey Overçuk, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Kremlin sözçüsü Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, eləcə də bir sıra nazirlər və dövlət qurumlarının rəhbərləri təmsil edir.

Putin görüşün əvvəlində Rusiya ilə Çin arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Rusiya prezidenti həmçinin qeyd edib ki, Çin bunu məqsədəuyğun hesab edərsə, Moskva iki ölkə arasında vizasız rejimin daimi əsasda tətbiqi ilə bağlı Pekinlə əməkdaşlığa hazırdır.

Görüşdə ikitərəfli münasibətlərin, iqtisadi əməkdaşlığın və beynəlxalq gündəmin əsas məsələlərinin müzakirə olunacağı gözlənilir. Rusiya tərəfi daha əvvəl Putin və Si Cinpin arasında görüşdə “Sibirin Gücü-2” qaz kəməri layihəsinin də müzakirə ediləcəyini açıqlamışdı.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol