Riqada ölənlər arasında azərbaycanlılar yoxdur

“Riqadakı super marketin çökməsi nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bizə məlumat daxil olmayıb”.Bu barədə APA-ya Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib. Səfirliyin attaşesi Sadıq Babayev bildirib ki, hələlik Latviyanın müvafiq strukturlarından bu barədə məlumat almayıblar. Qeyd edək ki, Latviyada 2 mindən çox azərbaycanlı yaşayır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























