• $
  • €
  • ₽
  • ₺
  • £

Tənbəl məmurlara qeyri-adi cəza növü

Tənbəl məmurlara qeyri-adi cəza növü
19.04.2015 14:27
Çində tənbəl məmurlara qarşı maraqlı və qeyri-adi cəza növü tətbiq edilir. ANS PRESS-in məlumatına görə, inzibati dairələrdən biri yaxşlı işləməyən dövlət qulluqçularını hərbi tipli düşərgələrdə təkmilləşmə kursları keçməklə cəzalandırır.

Quycjou əyalətinin Tsyansi dairəsindəki təcrübə barədə Çinin Mərkəzi Televiziyası xəbər verir. Məlumata əsasən müdiriyyətin göstərişlərini yerini yetirməyən, yaxşı nəticələr göstərməyən və zəif işləyən rəsmilər bir həftəyədək təlim düşərgəsinə göndərilə bilər.

Düşərgələr kiçik qanun pozuntularına görə cəza çəkənlər üçün təkmilləşmə kurslarını nəzərdə tutan daha geniş islah-təlim şəbəkəsinin tərkib hissəsidir.

İndiyədək düşərgəyə 1,668 rəsminin göndərildiyi bildirilir.

Onlardan biri Nie Tsinçandır. O davamlı "olaraq diqqətini işdə cəmləşdirməyə" görə cəzalandırılıb. Xanımın sözlərinə görə yenidən təlimləndirmə hər nə olsa belə maaşını alacağına əmin rəsmiləri bu düşüncə tərzindən uzaqlaşdıra bilər.

Çin hökuməti zəif işləyən məmurlara qarşı qərarlı addımlar vəd edib. Lakin Tsyansidəki sərt təcrübənin nəticə verəcəyi barədə fikirlər parçalanıb.
Red News saytı güman edir ki, düşərgələr rəsmilərin səhhətini yaxşılaşdıra bilsə də peşə fəaliyyətinə təsir etməyə qadir deyil.

Weibo mikrobloqlar saytında isə məsələnin həlli üçün daha kəsərli çarə təklif olunur. "Ən yaxşı çözüm onları işdən qovmaqdır", - populyar saytda Sheng Pingwang Datou adlı istifadəçi yazır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol