• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarderə böyük ittiham

Azərbaycanlı milyarderə böyük ittiham
05.08.2015 10:00
Rumıniya prokurorluğu Rusiyanın "Lukoil” şirkətini Avropa Birliyinin (AB) sanksiya rejimini pozmaqda ittiham edib

ANS PRESS-in məluamtına görə, şirkətin Rumıniyadakı hissəsi AB-nin sanksiya siyahılarına düşən şəxslərin nəzarət etdiyi ofşor şirkətlərlə ticarət əməliyyatları aparmaqda şübhəli bilinir.

Prokurorluq eyni zamanda "Lukoil”un törəmə şirkətinin 2003-2014-cü illəri əhatə edən maliyyə sənədlərini araşdırıb.

Məlum olub ki, "Lukoil” şirkəti Böyük Britaniyada ofisi olmayan saxta Britaniya şirkəti ilə əməkdaşlıq edir.

Bundan başqa qeyd olunur ki, "Lukoil" sanksiya siyahılarındakı şəxslərə məxsus banklar vasitəsilə hesablaşmalar həyata keçirir.

Rumıniya "Lukoil” şirkətini 1,77 mlrd vəsaiti yumaqda ittiham edilirdi.

Rumınyanın Ploeşti şəhərinin apellyasiya palatası "Lukoil Europe Holdings Bvatrium Olanda” şirkətinin əmlakına həbs qoyub.

Prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin Rusiyanın Lukoyl şirkətinin hesabları da dondurulub.

Məhkəmənin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir.

Azərbaycanlı neft maqnatı, "Lukoil"un prezidenti Vahid Ələkbərov

Rusiyanın ikinci ən böyük neft şirkəti "Lukoil" Rumıniya məhkəməsinə şirkətin bu ölkədəki aktivlərinə qoyulan həbslə əlaqədar apellyasiyaya müraciət edib.

Rumıniya hüquq-mühafizə orqanları hesab edir ki, qanun pozuntusu nəticəsində dövlətə 230 milyon avrodan çox ziyan dəyib.

"Lukoil" şirkətinin nümayəndəsi isə açıqlama verib ki, şirkət Rumıniya dövlət büdcəsinə vergiləri vicdanlı şəkildə ödəyir.

Avropa Birliyinin bəzi ölkələrində də "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun barəsində təhqiqat gedir.

"The Moskow Post” qəzeti yazırki, tezliklə azərbaycanlı neft maqnatına qarşı bəzi ölkələr tərəfindən rəsmi ittihamlar irəli sürülə bilər. Bu, "Lukoil”un mərhum vitse-prezidenti Vitali Şmidtin aktivlərinin "ələ keçirilməsinə” dair onun qohumları tərəfindən irəli sürülən iddialarla əlaqəlidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol