Yağışdan sonra Bakı küçələri - FOTOLAR

10:20 | 08.10.2015
Yağışdan sonra Bakı küçələri - FOTOLAR

Yağışdan sonra Bakı küçələri - FOTOLAR

Dəfələrlə Bakının, eləcə də Azərbaycanın iri şəhərlərinin qışa hazır olmaması tənqid olunub. Qışa hazır olmamaq payızın əvvəlində yağan güclü yağış zamanı özünü biruzə verir.

Oktyabrın 6-da Bakıya, Abşeron yarımadasına yağana güclü yağış qışa hazır olmadığımızın, bizi soyuq, qarlı-boranlı, şaxtalı günlərdə çətin vəziyyətin  gözləyəcəyinin xəbərçisidir. 

Üstəlik, isti yay günlərindən sonra paytaxta yağan güclü yağış şəhər küçələrini elə bir vəziyyətə salıb ki, onların əsaslı təmir olunması lazımdır. 

ANN.Az-ın fotoreportyoru Bakının Zərgər Palan, İbrahim Əbilov küçələrində olub və yağışdan sonrakı mənzərəni kameranın yaddaşına köçürüb.

Necə deyərlər, yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır. Kaş ki, əlaqədar təşkilatlar da bunu bircə dəfə görəydilər...

Fotoların müəllifi Fərqanə Novruzovadır



  













































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb