Bakıda iş adamını bu avtomobildə güllələyiblər - FOTOLAR

16:30 | 21.12.2018
Bakıda iş adamını bu avtomobildə güllələyiblər - FOTOLAR

Bakıda iş adamını bu avtomobildə güllələyiblər - FOTOLAR

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda iş adamı qətlə yetirilib. 
 
Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu dünən axşam saat 18:00-19:00 radələrində evə gələrkən avtomobilini Xətai rayonu, Sadıqcan küçəsində yaşadığı hündürmərtəbəli binanın qarşısında saxlayıb. Onun gəlməyini gözləyən qatil maşına yaxınlaşaraq, iki dəfə atəş açıb. Sonra avtomobilin qapısını açan şəxs və yaxud şəxslər onu bıçaqla qətlə yetiriblər. Mərhumun iki azyaşlı qızı var. Onun keçmiş MTN işçisi olduğu bildirilir.
 
Anews.az xəbər verir ki, Unikal.org saytı biznesmenin qətlə yetirildiyi maşının fotolarını yayıb:
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb