Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub

18:00 | 19.07.2018
Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub

Cüdoçularımız Avropa çempionatında 5-ci yeri tutub

Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə komandalar arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 21 ölkənin mübarizə apardığı çempionatda Azərbaycan millisi də iştirak edib.

Qrup mərhələsində Polşaya qalib gələn yığma ikinci qarşılaşmasında Hollandiyaya məğlub olub. Rumıniya komandasına qalib gələn cüdo millimiz təsəlliverici görüşdə Avstriya yığmasına uduzub.

Azərbaycan cüdoçuları bürünc medal uğrunda Rusiya səddini keçə bilməyib. Almaniyanın birinci, Hollandiyanın ikinci, Rusiya və Ukraynanın üçüncü olduğu çempionatı yığma komanda beşinci yerdə başa vurub.

Qeyd edək ki, sentyabr ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı milli komandanın aparıcı üzvləri bu turnirdə iştirak etməyiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb