“Formula 1”in keçirilmə vaxtı bilindi

17:14 | 13.07.2018
“Formula 1”in keçirilmə vaxtı bilindi

“Formula 1”in keçirilmə vaxtı bilindi

"Formula 1” Azərbaycan Qran Prisinin gələn il keçirilmə vaxtı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu yarış 2019-cu ilin aprelin 28-də keçiriləcək.

Ümumiyyətlə, gələn il keçiriləcək yeni mövsüm Avstraliyada martın 17-də start götürəcək. Yarış dekabrın 1-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə yekunlaşacaq. 

Qeyd edək ki, Bakıda keçiriləcək mərhələ dördüncü olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb