Gənc müəllimin qeyri-adi bacarığı görənlərin marağına səbəb olur - VİDEO

17:52 | 23.03.2019
Gənc müəllimin qeyri-adi bacarığı görənlərin marağına səbəb olur - VİDEO

Gənc müəllimin qeyri-adi bacarığı görənlərin marağına səbəb olur - VİDEO

Lənkəranda yaşayan  gənc müəllimin maraqlı və qeyri-adi bacarığı görənlərin marağına səbəb olur. Ölkələrin xəritələrini bir neçə dəqiqədə çəkmək və onun coğrafi mövqeyi barədə məlumat vermək onun üçün çətin deyil. 

Oxu.Az xəbər verir ki, Vüsal Cabbarov tarix müəllimidir və Lənkəranın Sütəmurdov kəndində yaşayır. 
Gənc müəllimin qeyri-adi bacarığı məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət etmək zərurətindən yaranıb. Maraqlı odur ki, o, istənilən dünya ölkəsinin xəritəsini dəqiqliklə çəkə bilir, özü də heç bir köməkçi vasitəyə baxmadan. 

V. Cabbarov deyir ki, istər indiki, istərsə də qədim dövlətlər olsun, bu bacarığı nümayiş etdirmək çətin deyil.

Gənc müəllimin digər bacarığı ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər yarada bilməsidir. Bu üsulla təsviri incəsənət nümunələri yaratmaq daha çətin olduğundan V. Cabbarovun 1 ilədək üzərində çalışdığı kompozisiyalar olub.

V. Cabbarov əl işlərinə görə respublika əhəmiyyətli sərgilərdə diplomlarla təltif edilib. Maraqlı əl işlərinə imza atan tarix müəlliminə artıq sifarişlər də gəlir. Amma o, əl işlərini satmağa tələsmir. Müəyyən məbləğ qarşılığında əsərlərini satmamışdan əvvəl əl işlərinə müəlliflik hüququnu almağı düşünür.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb