Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi

09:22 | 24.10.2018
Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi

Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi

UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.

A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb. 

"Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı”, - deyə o vurğulayıb.
A.Lobov insident barədə xəbərlərin tez yayıldığını, lakin nə edəcəyini bilmədiyini deyib: 

"Çoxlu sayda mesaj gəldi, lakin heç kim faydalı məsləhət vermədi və dəstəkləmədi. Yalnız Konor Makqreqordan gələn mesaj yaxşı idi. O yazdı ki, artıq gəlir, kim, nə və niyəsi önəmli deyil. Sən qardaşsan, gəlirəm. Mən bilmirdim Konor kiminlə və nəyə görə gəlir. O anlayırdı ki, mən Bruklində təkəm, Həbib yanında isə 15-20 nəfər var”./olke.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb