Millimiz Riqadan əvvəl Astanada oyun keçirəcək

İdman 16-04-2018 23:20
Millimiz Riqadan əvvəl Astanada oyun keçirəcək
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Anews.az-a verilən məlumata görə, artıq bunun üçün AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub. 

Razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, millimiz iyunun 9-da Riqada Latviya millisi ilə də yoldaşlıq oyunu keçirəcək.

www.anews.az