Bakı Slavyan Universitetinin (BSU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək, bunu Trend-ə açıqlamasında universitetin rektoru Nurlana Əliyeva deyib.
Professor BSU-nun ümumilikdə 4 yataqxanasının olduğunu bildirib: "Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !