Banklar hərracda nə qədər dollar alıb? - Rəsmi

13:56 | 19.03.2024
Banklar hərracda nə qədər dollar alıb? - Rəsmi

Banklar hərracda nə qədər dollar alıb? - Rəsmi

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı valyuta hərracında 93 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 83, 3 milyon ABŞ dolları olub. 
 
"Martın 19-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 93 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb", - mərkəzdən bildirilib.
 
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb. 
 
2017-ci il yanvarın 12-dən AMB valyuta hərraclarının yeni mexanizmindən istifadə etməyə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu hərraclarda 2 milyard 689,4 milyon ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 42,6% azalma - İF) xarici valyuta satıb.
 
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb