“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir

17:56 | 07.09.2016
“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir

“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab layihəsi öz startap ideyalarını birtaniyalı investorlara təqdim edib.

Applab iştirakçılarının "Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü ("QuizMindUp”, "Kvotter”, "Spinal” və "BraillePad”) xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib.

Layihələrin dəyərləndirilməsi "Wayra UK” şirkətinin tərəfdaşlıq və akselerasiya proqramları üzrə meneceri Harri Deyvis tərəfindən aparılıb. Bunun üçün təşkil olunmuş xüsusi təqdimat zamanı yerli developerlər özlərinin təkmilləşdirilmiş layihələri barədə məlumat verib, ekspertin suallarını cavablandırıblar.

"Wayra UK” proqramı üçün növbəti seçim mərhələləri bu ilin sentyabr-dekabr ayları arasında keçiriləcək.

Qeyd edək ki, "Wayra UK” startap layihələrinə 70.000 ingilis funt sterlinqi civarında investisiya ayırır. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir.

Bakcell və "Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Hazırda Avropanın və Latın Amerikasının 12 ölkəsində Wayra şirkətinin 14 akademiyası fəaliyyət göstərir. Wayra "bulud” (cloud) xidmətləri, maliyyə xidmətləri, M2M, rəqəmsal təhlükəsizlik, elektron səhiyyə, mobil tətbiqlər, sosial şəbəkələr və elektron təhsil sistemi kimi sahələrdə iki ildən az olaraq erkən mərhələdə fəaliyyət göstərən texnologiya startaplarına hədəflənib.

"Applab” icmasına qoşulmaq istəyən gənc developerlər applab.bakcell.com/registration keçidindən istifadə edərək qeydiyyatdan keçməklə ideyalarını təqdim edə bilərlər
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM