Asiya İnkişaf Bankının Bakı ofisinə yeni rəhbər təyin olundu

19:07 | 11.04.2016
Asiya İnkişaf Bankının Bakı ofisinə yeni rəhbər təyin olundu

Asiya İnkişaf Bankının Bakı ofisinə yeni rəhbər təyin olundu

Asiya İnkişaf Bankının (ADB) Bakı ofisinə yeni rəhbər təyin olunub. "APA-Economics" ADB-nin saytına istinadən xəbər verir ki, bu vəzifəyə Nəriman Mannapbekov gətirilib.
 
Təyinatını şərh edən N. Mannapbekov bildirib ki, bankla Azərbaycan arasında güclü əlaqələr var: "Mən bu əməkdaşlığın daha səmərəli davam etməsi üçün bu şərəfə layiq görülmüşəm. ADB-nin Azərbaycanla hal-hazırda əməkdaşlıq strategiyası nəqliyyat, enerji, su və şəhər infrastrukturuna əsaslanır və bizim məqsədimiz Azərbaycan hökuməti ilə bu sahələrdə olan səmərəli əməkdaşlığı təmin etmək, o cümlədən islahatlar aparmaqdır".
 
Qeyd edək ki, N. Mannapbekovun 50 yaşı var. O, Özbəkistanda doğulub. Bu vaxta qədər N. Manappbekov ADB-nin Mərkəzi və Qərbi Asiya bölgələrindəki ofislərində iqtisadçı kimi fəaliyyət göstərib. ADB ilə əməkdaşlıqdan əvvəl isə Özbəkistanın bir çox dövlət qurumlarında, o cümlədən Maliyyə Nazirliyinin Xarici İqtisadi İşlər müşaviri və baş nazirin beynəlxalq maliyyə və iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM