Avtobus sürücülərinə nəzarət gücləndirilir - VİDEO

09:00 | 22.10.2015
Avtobus sürücülərinə nəzarət gücləndirilir - VİDEO

Avtobus sürücülərinə nəzarət gücləndirilir - VİDEO

Artıq 640 avtobusda izləmə avadanlığı quraşdırılıb.

Avtobuslarda yeni izləmə avadanlıqlarının quraşdırılmasına başlanılıb. Bununla da sürücülər etdikləri qayda pozuntularına görə dərhal cəzalandırılacaq.

ANS TV-nin məlumatına görə, sürücülərin nizam-intizamını, xidmət səviyyəsini yüksəldmək, eyni zamanda sərnişinlərin rahatlığını təmin etmək üçün avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yeni quraşdırılan GPS sistem, nəqliyyat vasitəsinin olduğu ərazini, hərəkətin sürətini, yanacağın sərfiyyatını, cihazların vəziyyəti barədə məlumatı, real vaxt rejimində dispetçer mərkəzinə ötürəcək.

Sürücülük qabiliyyətinə nəzarət sistemində, yolda baş verən pozuntular, sürət həddinin aşması haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərilir.

Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı deyir ki, 24 saat online sistemində avtobusun harda olduğu və dayanacağa nə zaman çatacağı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin tərəfindən nəzarət olunur və gün ərzində bütün məlumatlar operativ olaraq sistemə ötrülür.

NİİM-dən verilən məlumata görə, artıq 43 marşrut xətti üzrə fəaliyyət göstərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb.

Dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının da əks olunması istiqamətində işlər aparılır.

Avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. 

Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM