Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

12:50 | 15.05.2017
Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

Azərbaycan bankları biznes kartlarından nağdlaşdırmanı dayandırır

Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılır.

anews.az/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

anews.az  Repor.Az-a istinadən xeber verir ki,bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyyə olunub. Bu, "Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM