Bakıda karikaturaçı rəssamın fərdi sərgisi

20:47 | 08.04.2014
Bakıda karikaturaçı rəssamın fərdi sərgisi

Bakıda karikaturaçı rəssamın fərdi sərgisi

Aprelin 7-də Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılmışdır.AzərTAc xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi və “Kirpi” satira-yumor jurnalının birgə təşkilatçılığı ilə keçirilən sərgi 1906-cı il aprelin 7-də nəşrə başlamış “Molla Nəsrəddin” jurnalının 108-ci ildönümünə həsr edilmişdir.Sərginin açılışında Əməkdar Mədəniyyət İşçisi, “Kirpi” satira-yumor jurnalının baş redaktoru Polad Qasımov, Xalq Artisti İlham Namiq Kamal rəssamın həyat və yaradıcılığından danışmışlar. Adil Elçinin Azərbaycanda karikatura və rəssamlıq sənətinə böyük töhfələr verdiyi diqqətə çatdırılmışdır.Bildirilmişdir ki, Adil Elçin 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirmiş və bir müddət Geologiya İnstitutunda çalışmışdır. O, eyni zamanda, kiçik yaşlarından rəssamlığa maraq göstərərək böyük istedadı, bacarığı sayəsində milli təsviri incəsənətdə özünəməxsus yer tuta bilmişdir.Diqqətə çatdırılmışdır ki, Adil Elçin çoxsaylı kitab illüstrasiyalarının, təbliği plakat, teatr tamaşalarının bədii tərtibatının müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu, Azərbaycan Dövlət Musiqili Teatrında isə baş rəssam kimi çalışmışdır.Adil Elçin 1979-1991-ci illərdə “Kirpi” satira-yumor jurnalının baş rəssamı olmuşdur.Qeyd edilmişdir ki, hazırda rəssam İsraildə “Pardon” yumor jurnalını nəşr etdirir.Sərgidə rəssamın müxtəlif illərdə çəkilmiş 50-dən çox əsəri nümayiş olunur.Sərgi üç gün davam edəcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb