Bakının Brüssel uğurunu şərtləndirən səbəblər

09:55 | 25.11.2017
Bakının Brüssel uğurunu şərtləndirən səbəblər

Bakının Brüssel uğurunu şərtləndirən səbəblər

Avropa İttifaqının bu cür mötəbər tədbirində Azərbaycanın maraqlarına cavab verən belə bir mühüm sənədin qəbul olunması olduqca vacib hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Avropa Birliyinin Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi barədə yekun bəyannamədə əksini tapan məqamı şərh edərkən deyib. O bildirib ki, bəyannamənin bu formada qəbul olunmasını şərtləndirən amillər sırasında əlbəttə ki, ilk növbədə Avropa Birliyinin tərəfdaş ölkələrlə münasibətlərini genişləndirmək istəməsi əsas rol oynayır:

"Eyni zamanda, bu, son illər rəsmi bakının davam etdirdiyi ardıcıl və praqmatik siyasətin, həyata keçirdiyi transmilli layihələrin nəticəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rol oynayan dövlətə çevrilməsi, bir sıra mühüm nəqliyyat-kommunikasiya layihələrində təşəbbüskar olması, tranzit ölkə kimi çıxış etməsi Avropanın ölkəmizə münasibətini dəyişməkdədir və Bakını Avropa ailəsinin bir üzvünə çevirməkdədir”.

Politoloqun sözlərinə görə, digər səbəb odur ki, son dövrlərdə Avropada geniş vüsət alan separatizm dalğası Avropa İttifaqını dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələsini ön plana çəkməyə vadar edir:

"Avropa Birliyinin daxilində parçalanma halları, bəzi ölkələrin üzvlükdən çıxması, məsələn Britaniyanın qitənin əsas təşkilatından uzaqlaşması, eyni zamanda, ölkələrin daxilində Kataloniya nümunəsində separatizmin güclənməsi Avropa təsisatlarını, ilk növbədə Avropa Birliyini dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsini əsas götürməyə məcbur edir. Artıq Avropa özü separatizmdən, parçalanmaqdan əziyyət çəkməyə başlayıb və məsələlərə artıq ənənəvi insan hüquqları, öz müqəddəratını təyin etmə kimi amorf prizmadan yox, daha ədalətli və konkret nöqteyi-nəzərdən münasibət göstərməyə başlayıb".

Qeyd edək ki, bu gün Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb