Bakının qadağan etdiyi kanalı Türkiyə yıxıb-sürüdü - VIDEO

16:00 | 06.04.2018
Bakının qadağan etdiyi kanalı Türkiyə yıxıb-sürüdü - VIDEO

Bakının qadağan etdiyi kanalı Türkiyə yıxıb-sürüdü - VIDEO

Foks (fox) ingilis dilində "tülkü” deməkdir. Bu zaman FOX TV-ni "tülkü televiziyası” kimi dilimizə tərcümə etmək olar. Çünki tülkü kimi çox hiyləgər bir televiziyadır FOX televiziyası. Xüsusən də xəbər hazırlayarkən. Türkiyə nə zaman həlledici bir məqama yetişsə, dərhal fəaliyyətə başlayır. Tülküdür axı, tülkülüyünü göstərəcək, hiyləgərlik edib fitnə çıxardacaq.

Axar.az xəbər verir ki, bu ifadələr "A xəbər”in FOX TV və yayım siyasəti ilə bağlı hazırladığı sujetdə səsləndirilib.

"24 fevral 2007-ci ildə yayımlanmağa başlayan FOX TV gerçək üzünü ilk dəfə 2013-cü ilin mayında milli iradəni hədəf alan Gəzi parkı olaylarında göstərdi. Sahibi Merdokun qoyduğu "tülkü” ləqəbini loqosunda daşıyan FOX TV Türkiyədə hər zaman yayım siyasəti və məqsədi ilə seçilən bir televiziya rolunu oynadı. Hiyləgər olmaq bəlkədə Merdokun əmri idi, o vermişdi hiyləgər olmaq göstərişini”, - sujetdə deyilib.

Türkiyənin efir məkanında FOX TV-nin etdiyi təxribat xarakterli yayımların yada salındığı sujetdə kanalın Baylok istifadəçisi olan müxbiri Ərcan Gün, HDP həmsədri Səlahəddin Dəmirdaşı canlı yayıma qonaq dəvət etməsi, PKK-ya etdiyi təşəkkür, vətəndaşların AKP-ni təriflədiyi yayımın kəsilməsi kimi bir çox təxribat xarakterli faktlar sıralanıb.

"Türkiyənin ətrafında 40 tülkü dolaşır və FOX da bu tülkülərin quyruğunda gəzir. Təbliğat aparır, həm də qara, qapqara təbliğat”.

Xatırladaq ki, FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakalın ölkəmizə qarşı vaxtaşırı qərəzli münasibətinə görə kanalın Azərbaycanda yayımı dayandırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM