“Bizim camaat zorakılıq etdiyinin fərqinə belə varmır” - MÜSAHİBƏ

14:06 | 30.09.2014
“Bizim camaat zorakılıq etdiyinin fərqinə belə varmır” - MÜSAHİBƏ

“Bizim camaat zorakılıq etdiyinin fərqinə belə varmır” - MÜSAHİBƏ

Psixoloq Zümrüd Əkbərova "Məişət zorakılığından zərər çəkmiş gənc qadınlara yardım" qrant layihəsini sona çatdırdı. Bu layihə çərçivəsində Zümrüd Əkbərova və tərəfdaşları ailədə zərər çəkmiş qadınlara sosial-psixoloji dəstək və hüquqi yardım göstəriblər. Bu sahədə tələbələr və magistrlər, dövlət strukturlarının, psixoloqların və hüquqşünasların nümayəndələrinin çıxışlarını dinləmiş jurnalistlər dövlət dəstəyi alıblar. Psixoloji və tibbi təhsil alan 60 tələbəyə təlim keçirilib.

Psixoloq Zümrüd Əkbərova ANN.Az-ın suallarını cavablandırıb.- Bizim ölkəmizdə məişət zorakılığı halları çoxdurmu?- 2012-ci ilin statistikasına görə, zərərçəkmiş şəxslərin qeydiyyata alındığı 700-dən çox hadisə olub. Amma bu, yalnız statistikaya düşmüş hadisələrdir. Nə qədər qadının fiziki, mənəvi və cinsi zorakılığa məruz qalmasını təsəvvür etmək çətin deyil. Həmçinin emosional, psixi və iqtisadi zorakılıqlar da var, bizim camaat zorakılıq etdiyinin fərqinə belə varmır. Xüsusən, regionlarda yaşayan azərbaycanlıların əksəriyyəti belə hesab edir ki, ailədə hər şey ola bilər. Onlar əmindirlər ki, evin zibilini bayıra çıxartmaq olmaz və əgər "vurursa – demək sevir". Amma bütün bunlar məişət zorakılığının birbaşa nümunələridir. Mən bu sferada 3 il işləyən psixoloq kimi və risk qrupları ilə məşğul olan mütəxəssis kimi əminəm ki, belə hadisələrlə mübarizə aparmaq lazımdır. Ona görə də dövlətin maliyyə dəstəyini almış layihəni təqdim etdim.- Valideynlərin öz övladlarına ciddi münasibəti, onların göstərişini yerinə yetirmək tələbləri zorakılıq hesab edilirmi?- Bu mürəkkəb sualdır, buna cavab vermək üçün hər belə hadisənin ətraflı tədqiqatı lazımdır. Belə ailənin psixoloji vəziyyətinin qiymətini (qiymətləndirilməsini) keçirmək lazımdır. Aydındır ki, əgər valideyn uşağı bir dəfə danlayacaqsa, onda övladına psixi təsir göstərmiş olacaq. Amma belə hadisələrdə məişət zorakılığından danışmaq hələ tezdir. Əgər uşaqların yanında ər arvadla dalaşırsa, həm də bu hal tez-tez təkrarlanırsa və ya uşağı dəfələrlə vurursa – bu, artıq zorakılıqdır.- Bəs hüquq-mühafizə orqanları məişət zorakılığına reaksiya vermirlər?- Məişət zorakılığı haqqında qanun var. 22 iyun 2010-cu ildə qəbul edilib. Bu qanunda hətta qoruyucu orderin verilməsi nəzərdə tutulur, bunun sayəsində qadın polis tərəfindən müdafiə oluna bilər. Məişət zorakılığının qurbanı olan qadına onun həyatına təhlükə yarandığı təqdirdə uzunmüddətli və ya qısamüddətli orderlər verilə bilər.Amma bu qanunun icrası qənaətbəxş deyil. Cəmiyyət məişət zorakılığı haqqında qanunun tətbiqi haqqında dövlət qarşısında tələb qoymalıdır, bunun üçün isə insanlar bu qanun haqqında informasiyaya malik olmalıdırlar. Biz informasiya bukletləri yaymaqla bu qanunun icrası üçün maarifçilik işləri aparmışıq.- Sizin tərəfinizdən qadınlara göstərilən psixoloji kömək nədən ibarətdir?- Biz məişət zorakılığının qurbanlarıyla fərdi konsultasiyalar keçiririk, biz qrup halında görüşlər keçirməyə müvəffəq olmuşuq. Bəzi qadınlar öz problemində özləri günahkardır. Belə qadınlarla söhbətdən sonra onlar anlayırdılar ki, özündən başlamaq lazımdır.Yeri gəlmişkən, məişət zorakılığının qurbanları kişilər də ola bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM