"BP-Azərbaycan" bu il dövlətə verdiyi səmt qazının həcmini açıqlayıb

19:23 | 07.09.2016

"BP-Azərbaycan" bu il dövlətə verdiyi səmt qazının həcmini açıqlayıb

"Bu ilin 1-ci yarısında 1,31 mlrd. kubmetr səmt qazını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsi ilə təmənnasız olaraq Azərbaycan hökumətinə vermişik". 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında "BP Azərbaycan" şirkətinin prezidenti Qordon Birrel deyib.

O, həmçinin Xəzər dənizində aparılan seysmik təhqiqatlardan da danışıb: "Avqustda "Azəri-Çıraq-Günəşli" yatağından 3 milyardıncı barel nefti hasil etdik. Bilirsiniz ki, biz həm də Xəzərin dayazsulu hissəsində seysmik təhqiqatlar aparırıq. Artıq təhqiqatlar yekunlaşmaq üzrədir. Ümumilikdə 17 gəmi ilə 200 kvadrat kilometr ərazidə təhqiqat aparmışıq və artıq həmin məlumatların emalına başlayırıq. Düşünürəm ki, ilin sonuna qədər bu proses başa çatacaq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM