Cəbhə xəttində mina partlayışı: yaralı var

10:30 | 10.04.2016
Cəbhə xəttində mina partlayışı: yaralı var

Cəbhə xəttində mina partlayışı: yaralı var

Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb.

O, dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM