• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən il 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub

Azərbaycanda ötən il 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub
05.05.2022 11:45
2021-ci ildə Azərbaycan Mərkəzi Bankına (AMB) istehlakçılar danvə investorlardan ümumilikdə 13 716 müraciət daxil olub.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 75%-i bank sektoruna, 20%-i sığorta sektoruna, 5%-i kapital bazarları sektoruna və digər istiqamətlərə aid olub.

Daxil olmuş vətəndaş müraciətləri araşdırılıb və bir çox məsələ öz həllini tapıb. O cümlədən "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin bir hissəsi kimi 8 579 manat məbləğində vəsaitin 9 vətəndaşa geri qaytarılması təmin edilib, AMB-yə müraciət etmiş 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub.

Eyni zamanda, 52 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş kredit reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülüb. Bununla yanaşı 2021-ci il üzrə ümumilikdə 1.5 milyon manat məbləğdən çox sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunub.

Kapital bazarları üzrə 45 inzibati xəta haqqında protokol tərtib edilib. Dövr ərzində Mərkəzi Bankın şəhər telefon nömrələrinə, eyni zamanda "966” qaynar xəttinə daxil olmuş 49 352 zəng operativ cavablandırılıb. AMB öz hüquqlarının müdafiəsi üçün müraciət etmiş 347 vətəndaşla görüşlər keçirib, "Vatsap" xidmətinə daxil olan 870 müraciət cavablandırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol