Bəzi xəstəxanalarda nöqsanlar aşkarlandı

TƏBİB-in tabelindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir.
TƏBİB-dən verilən xəbərə görə, bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib.
monitorinqlər Mingəçevir, Samux, Ağdaş, Yevlax Rayon Mərkəzi Xəstəxanalarını əhatə edib. Eyni zamanda, sözügedən tibb müəssisələrinin Ümumi, İnsan resursları və Maliyyə şöbələrinin əməkdaşları ilə elektron sənəd dövriyyəsi sistemi (ESDS) ilə iş üzrə təlimlər keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























