Tale Bağırzadənin aclıq aksiyasına başladığı bildirilir

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin aclıq aksiyasına başladığı deyilir.
Bu barədə Meydan TV-yə onun müavini Elçin Qasımov məlumat verib.
Elçin Qasımov bildirib ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb.
"Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”, - Qasımov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























