• $
  • €
  • ₽
  • ₺
  • £

Hepatit xəstələrinə pulsuz dərmanlar verilir

Hepatit xəstələrinə pulsuz dərmanlar verilir
06.06.2022 19:00
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı müvafiq komissiyanın fəaliyyəti çərçivəsində bu ilin aprel-may ayları ərzində 40 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib.

Agentliyin təchiz etdiyi dərman preparatları "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunur.

Hepatit B virusunun müalicəsi üçün pasiyentlərə "Tenofovir”, hepatit C virusuna qarşı "Sofosbuvir” və "Daklatasvir” dərman preparatları verilir.
Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin aprel-may ayları müddətində ümumilikdə 83 vətəndaş qəbul edilib.

Onlardan 40 nəfərin müalicəyə cəlb olunmasına dair qərar qəbul olunub və həmin şəxslər dərman preparatları ilə təmin ediliblər. 30 nəfər müvafiq müayinələrə göndərilib və müayinə nəticələri əsasında onlara müalicənin təyin olunub-olunmaması barədə qərar veriləcək. 9 nəfərə hazırda müalicəyə ehtiyac olmadığı bildirilib və onlara həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. 4 nəfərin isə xəstəlikdən sağaldığı aşkarlanıb.

Komissiyanın sədri, Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, infeksion xəstəliklər üzrə həkim-mütəxəssis Fərrux Sədirovun sözlərinə görə, vətəndaşın tibbi xidmətdən yararlanması üçün ilk növbədə onun sağlamlıq vəziyyəti qiymətləndirilməlidir: "Hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün müraciət edə bilər. Bununla bağlı şəxs öncə qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə yaxınlaşmalıdır. Burada pasiyentlər həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrdən keçirlər. Müayinələrin aparılması poliklinika və ya Ailə Sağlamlıq Mərkəzlərində mümkün olmadıqda, vətəndaş göndərişlə müvafiq dövlət tibb müəssisəsinə istiqamətləndirilir. Vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən pasiyentin tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.

Məlumat üçün bildirək ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.

Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Vətəndaşlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur.

F. Sədirov qeyd edir ki, Komissiya pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edir. Bunun üçün zərurət yaranarsa, vətəndaş əlavə müayinələrə cəlb oluna bilər: "Əgər bu gərəkli olmazsa, anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanmaqla və xəstənin şikayətini dinləməklə qərar qəbul edilə bilər. Komissiya yekunda pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edir. Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Hazırkı vəziyyətdə müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılaraq, onlara bütün lazımi tövsiyələr verilir”.

Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Bu reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.

Hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı Xidmətlər Zərfinə daxil deyil. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol