Polis zabiti toyda məhkəmə katibini döydü

İyunun 4-də Kürdəmirdə keçirilən toy mərasimlərindən birində insident baş verib.
Faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo)
www.anews.az
Hadisə gecə saat 22 radələrində rayondakı "Nicat Plaza” şadlıq sarayında qeydə alınıb.
Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman Vüsal Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.
Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























