Ermənistanda həbs olunan müxalifətçilərin sayı açıqlanıb

Ermənistan parlamentinin "Daşnaksütyun” partiyasından olan vitse-spikeri, "Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları başlayandan indiyədək 24 nəfər həbs edilib, 2,5 minə yaxın adam polis bölmələrinə aparılıb.
Saqatelyanın sözlərinə görə, aprelin 25-dən indiyədək 48 vətəndaş saxlanılıb, onlardan 24-ü həbs edilib.
"İndi də məhkəmələr həbslə bağlı vəsatətlərə baxır", - müxalifətçi qeyd edib.
O, həmçinin Ermənistanda etirazlar başlamazdan əvvəl həbs edilənlər də daxil olmaqla 50-yə yaxın siyasi məhbusun olduğunu iddia edib.
www.anews.az

Saqatelyan tərəfdarlarını bazar ertəsi axşam mitinq üçün yenidən toplaşmağa çağırıb.
Müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasəti göstərirlər.
Baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyub. Müxalifətçilər təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.("Sputnik Ermənistan”)
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava