• $
  • €
  • ₽
  • ₺
  • £

Sevgilisinə görə özünü yandıran qadın ölüb - YENİLƏNİB

Sevgilisinə görə özünü yandıran qadın ölüb - YENİLƏNİB
06.06.2022 16:59
İyunun 4-də gecə saatlarında polis bölməsinin qarşısında özünü yandıran Əsmər Xəlilova vəfat edib.
 
Əsmər Xəlilova bu gün səhər saatlarında 5 saylı Kliniki Xəstəxanasında dünyasını dəyişib.
 
*********
Bakıda gənc qız özünü Polis Şöbəsinin qarşısında yandırıb.
 
Hadisə ötən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin qarşısında baş verib. 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) gecə saat 00:10 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Qafqazinfo-nun məlumatına görə, polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyev sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
 
Bundan sonra sevgilisi bölmənin qarşısına gələrək özünü yandırıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol