• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik büdcə vəsaitlərinin istifadə istiqamətlərini açıqlayıb

Nazirlik büdcə vəsaitlərinin istifadə istiqamətlərini açıqlayıb
06.06.2022 14:48
2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə toxum və ting istehsalının dəstəklənməsində ayrılan vəsaitdən 1 milyon 842 min manatı istifadə edilməyib. Bunu "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə,dövlət büdcəsindən toxum və ting istehsalının dəstəklənməsi üçün 8 milyon 500 min manatın ayrılmasına baxmayaraq 6 milyon 658 min manat xərclənib.

İlhamə Qədimova deyib ki, ortamüddətli xərclərin məqsədyönlü icrası çərçivəsində iştirak edən orqanlardan biri Kənd Təsərrüfatı Nazirliyidir
 
"Ortamüddətli xərclər çərçivəsində strateji planın həyata keçirilməsini təmin etməklə birlikdə problemlərin, güclü və zəif tərəflərin müəyyən edilməsi, zəif tərəflərin ortadan qaldırılması ilə bağlı işlərin görülməsidir",- müavin bildirib.

Kənd təsərrüfatı sahəsi üzrə ayrılan büdcə vəsaitlərinin müəyyən qismi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən beş proqram və beş strateji hədəflərin həyata keçirilməsinə yönəldilib. Məbləğin böyük hissəsi bitkiçilik sahəsi üzrə həyata keçirilən proqramlara, əsasən əkin, məhsul və toxum subsidiyaların verilməsinə yönəldilib”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol