• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər üçün müsabiqə ELAN EDİLDİ

Jurnalistlər üçün müsabiqə ELAN EDİLDİ
06.06.2022 14:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Vicdan azadlığı və media” mövzusunda yazı müsabiqəsi elan edir.
 
Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə iyunun 7-dən iyulun 7-nə qədər həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.
 
I. Mükafatlandırma
 
I yer - 1 nəfər - 600 manat
 
II yer - 2 nəfər - 500 manat
 
III yer - 3 nəfər - 300 manat
 
Həvəsləndirici mükafat - 6 nəfər - 150 manat
 
II. Müsabiqə şərtləri
 
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
 
Mövzunu dolğun əhatə etmə səviyyəsi;
 
Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
 
İfadə vasitələrinin zənginliyi;
 
Maarifləndiricilik xüsusiyyəti;
 
Oxucu üçün informasiyalılıq dərəcəsi;
 
Müsabiqəyə 07 iyun 2022-ci il tarixindən 07 iyul 2022-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq;
 
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
 
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
 
III. Yazıların təqdim edilməsi
 
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada:
 
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
 
- Yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (çalışdığı media qurumu varsa);
 
- Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
 
- Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
 
- Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
 
- Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
 
- Diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
 
- Yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
 
2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
 
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
 
Təqdimatda yer almalıdır:
 
Müsabiqə yazısı ("Word" faylında, imzasız);
 
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
 
Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
 
Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
 
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
 
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol