• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbilərin universitetə qəbulu üçün yeni xidmət İSTİFADƏYƏ VERİLDİ

Əcnəbilərin universitetə qəbulu üçün yeni xidmət İSTİFADƏYƏ VERİLDİ
06.06.2022 15:25
Əcnəbilərin Azərbaycanda təhsil imkanlarının genişləndirilməsi üçün portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti ("SIACAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib.
 
Sözügedən platforma vasitəsilə əcnəbilər sistemdə yer alan təhsil müəssisələrinin qəbul üçün təklif etdikləri təhsil proqramlarını seçərək, tələb olunan digər sənədlərlə birgə elektron qaydada ən çoxu 3 ali təhsil müəssisəsinə müraciət edə biləcəklər.
 
Müvafiq ali təhsil müəssisəsi müraciəti dəyərləndirdikdən sonra elektron qaydada qəbulu həyata keçirə, təhsil haqqını qəbul edə və növbəti kommunikasiyanı elektron kabinet üzərindən davam etdirə biləcək. Hazırda sistemə bütün yerli ali təhsil müəssisələri və əcnəbilər üçün təklif edilən proqramlara dair məlumatlar daxil edilib.
 
Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycana oxumağa gələnlər arasında əsas yerdə Rusiya, Türkiyə, İran, Pakistan və Afrika ölkələrinin vətəndaşları dayanır.

"Xarici tələbələr əsasən, Bakı Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini, Bakı Ali Neft Məktəbini, Neft və Sənaye Universitetini seçirlər. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, İqtisad Universiteti də xarici tələbələrin maraq göstərən tələbələr var. Onu da qeyd edim ki, Azərbaycana oxumağa gələnlərin dipomları hazırda öz ölkələrində heç bir problem olmadan tanınır. Sadəcə olaraq onlar həmin ixtisas üzrə imtahan verməlidirlər. Yəni, yetərlilik imtahanı verirlər ki, həqiqətən də bu tələbələr oxuduqları müddət ərzində aldıqları təhsil zəruri biliklərin əldə edilməsinə imkan verib. Necə ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə təhsil alırlar və onların diplomları ölkəyə döndükdən sonra araşdırılır, təxminən eyni qayda xarici ölkələrdə də tətbiq olunur. Yəni öz ölkələrinin normativ-hüquqi aktları çərçivəsində onların bilik və bacarıqları yoxlanılır. Məsələn, Türkiyədə ixtisas bilikləri yoxlanılır, digər Avropa ölkələrində yetərli qədər Azərbaycanda olub-olmamaları araşdırılır", - o bildirdi. 

Əsədovun sözlərinə görə, Azərbaycan xarici tələbələrin sayına görə dünyada ən aşağı yerdə qərarlaşıb.
 
"Azərbaycandan xarici ölkələrdə oxumağa gedənlərin sayı 41 min nəfərdir. Onun təkcə 21 min 600 nəfəri qardaş Türkiyədə təhsil alır. 8 mini Ukraynada, Rusiya və Gürcüstanda 4 min nəfər oxuyur və s. Türkiyədə isə xarici tələbələrin sayı 180 min nəfərdir və bu rəqəmin 2025-ci ildə 250 minə çatdırılması hədəflənib. Amerikada oxuyan əcnəbi tələbələrin sayı isə 1 milyon nəfərdir və yaxud ərazisi Bakının yarısı boyda olan Sinqapurun iki universitetində xarici tələbə sayı 80 min nəfərdir. Eyni zamanda, qonşu Gürcüstanın özündə bizdən dəfələrlə çox xarici tələbə təhsil alır. Azərbaycana ona görə maraq göstərmirlər ki, bizdə xarici ölkə vətəndaşlarına təqdim edilən təhsil haqqının ən ucuzu 4 min manatdır. Tutaq ki, tibb ixtisaslarına Azərbaycan vətəndaşları 4000-4500 manat, xarici tələbələr isə 5000-6000 manat ödəyirlər. Axı, Türkiyədə bir ixtisas 300 manata, Gürcüstanda 400 dollara olduğu halda, əcnəbi tələbə niyə Azərbaycana gəlsin ki? Və yaxud xarici tələbə harada qalacaq? Bizdə ali təhsil müəssisələrinin yataqxanasımı var?  Yəni, Azərbaycanda xarici tələbələr üçün təhsil haqqı qiyməti əlçatan deyil, yayayış yeri problem var, eyni zamanda, tədrisin ingilis dilində olan bölmələri keyfiyyətli deyil", - o qeyd etdi.
 
Təhsil Nazirliyinin məlumatına görə, 2021-2022-ci tədris ili üzrə ölkənin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol