Təhsil tələbə krediti üçün neçə nəfər müraciət edib?

Təhsil Tələbə Kredit Fonduna bu günə qədər 4 min 919 tələbə kredit üçün müraciət edib. Bu barədə fondun rəsmi saytı məlumat yayıb.
Kreditlər öz hesabına təhsil alacaq tələbələrə şamil olunur və 2 qrupa bölünür: Birinci qrupa sosial həssas qrupa aid olan tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi az olacaq. Sosial həssas qrupa aid olan tələblərin kredit faizləri isə daha da aşağı olacaq.
Kreditlər veriləndə ilkin mərhələdə tələbənin giriş balı nəzərə alınacaq. Kredit üçün müraciət edəcək tələbələrin yüksək nəticə göstərməsi ilk şərt olacaq.
www.anews.az
Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün müraciətlərin 400-dən imtina edilib.
Ümumilikdə isə 3 min 243 tələbəyə kredit verilib. Onlardan 1129-u sosial, 2 min 114-ü isə standart kredit olub.
Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu yekunlaşıb.
2021-ci il sentyabrında Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Təhsil Tələbə Krediti Fondunun” yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və kapitalı müəyyənləşdirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.
Tələbə krediti 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.
Fondun Nizamnaməsinə əsasən kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























