• $
  • €
  • ₽
  • ₺
  • £

Norveç Helsinki Komitəsi Azərbaycana çağırış etdi

Norveç Helsinki Komitəsi Azərbaycana çağırış etdi
06.06.2022 16:00
Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uyğun olaraq ölkədə insan hüquqlarının təmin edilməsi və qorunması üçün konkret addımlar atmağa çağırır. Bu barədə Komitə məlumat yayıb.

Komitə cari il mayın 27-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı əfv sərənacmı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli ilə bağlı paylaşım edib.

"Saleh Rüstəmlini yenidən azadlıqda görmək çox gözəldir. Biz onların azadlığa çıxmasına görə şadıq”, - məlumatda deyilir.

Mayın 27-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən ümumilikdə 213 nəfər əfv edilib. Əfv olunanlar sırasında insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan, Gədəbəy rayonunun sabiq icra başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmli və "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov da olub.
 
Norveç Helsinki Komitəsi Osloda yerləşən Norveçin insan hüquqları üzrə qeyri-hökumət təşkilatıdır. O, 1977-ci ildə Helsinki Sazişlərinin qəbulundan sonra yaradılıb. O, insan hüquqlarına praktikada riayət olunmasını təmin etmək üçün çalışır. O, hazırda fəaliyyətini dayandırmış Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasına bağlı idi.
 
Ləman Qasımova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol