• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası 13 yaşlı övladının ölümündə həkimləri günahlandırır

Şəhid anası 13 yaşlı övladının ölümündə həkimləri günahlandırır
06.06.2022 16:13
İyunun 1-də Siyəzəndə vəfat edən şəhid qardaşı, məktəbli Məhəmməd Rəfiyevin ailəsi onun həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.

Vətən Müharibəsi şəhidi Seyfəli Rəfiyevin anası Könül Rəfiyeva kiçik oğlu, 2009-cu il təvəllüdlü Rəfiyev Məhəmməd Musa oğlunun nəfəs borusuna qida getməsi səbəbindən deyil, xəstəxanadakı laqeyd münasibət səbəbindən vəfat etdiyini iddia edib.

O bildirib ki, 13 yaşlı oğlu xəstəxanaya çatdırılarkən sağ olub.
 
 "Uşağı özüm Siyəzən Rayon Mərkəzi Xəstəxanasına apardım, sudurğası tutmuşdu. Məlum oldu ki, xəstəxanada hava qurğusu yoxdur, uşağa heç bir kömək göstərmədilər. 2 saat övladıma əziyyət verib ciyərini partlatdılar. Mənim övladım xəstəxanaya canlı gedib, ona sistemlər qoşulub”- ana bildirib.

Könül Rəfiyeva əlavə edib ki, övladının ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyitini Bakıya gətirib.
 
"Uşağı özüm Bakıya gətirdim, burada ekspertizaya verdim. Özüm öz əlimlə balamı yardırdım ki, bu işin səbəbi üzə çıxsın, səhlənkarlığa yol verən, balalarımızı öldürən həkimlər cəzalandırılsın. Siyəzəndə dəfələrlə dedim ki, bacarmırsınızsa, Qubaya, yaxud Bakıya aparım, amma axırda balamın ölüsünü verdilər”- əlavə edib.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Zamirə Adilova bildirib ki, yeniyetmə xəstəxanaya boğulma diaqnozu ilə daxil olub.
 
"Siyəzən sakini, vətəndaş Məhəmməd Rəfiyev 2022-ci il  iyunun 1-də ailəsi tərəfindən 23:15 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vətəndaş xəstəxanaya tənəffüs yollarının asfiksiyası (boğulma) diaqnozu ilə daxil olub və daxil olarkən nəbz, arterial təzyiq, saturasiya müşahidə olunmayıb. İlkin müdaxilə zamanı vətəndaşın yolda keçindiyi məlum olub. Buna baxmayaraq, ailənin təkidi ilə vətəndaşa bütün lazimi tibbi müdaxilələr edilib. Hazırda ölüm səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən araşdırılır”-, Adilova bildirib.
 
Vəfat edən məktəblinin böyük qardaşı, 1997-ci il təvəllüdlü Seyfəli Rəfiyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol